Qiyməti "əl yandıran" avtomobil Bakıda QƏZAYA UĞRADI

 01:45 09.03.2021     58

Bu gecə Bakıya yağan yağış yol qəzasına səbəb olub.

Publika.az xəbər verir ki, məlumatına görə, hadisə Xətai rayonunun Xocalı prospektində qeydə alınıb.

Belə ki, sürətlə hərəkət edən “Maserati” markalı avtomobilin sürücüsü idarəetməni itirərək prospektdə yerləşən parkın kənarındakı səkiyə çırpılıb.

Zərbənin gücündən nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi və əraziyə təhkim edilən Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Qəza ilə bağlı araşdırma aparılır. "Report"


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/348945.html