Türkiyədə fabrik yandı

 03:13 09.03.2021     56

Türkiyənin Dənizli vilayətində yerləşən tekstil fabrikində yanğın baş verib.

Publika.az xəbər verir ki, əraziyə xilasedicilər, təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib.

Hadisənin baş vermə səbəbi və xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.

Yanğının söndürülməsi istiqamətində işlər davam edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/348949.html