"WhatsApp" bu smartfonlarda işləməyəcək

 05:45 09.03.2021     52

“WhatsApp” messenceri köhnə iPhone modellərində işləməyəcək.

Publik.az xəbər verir ki, bu barədə “WABetaInfo” portal məlumat yayıb.

İOS tətbiqetməsinin son beta versiyasında iOS 9 və daha aşağı səviyyədə çalışan cihazlar üçün dəstək yoxdur.

“WhatsApp” hələ bu məlumatı təsdiqləməyib.

Hazırda iPhone əməliyyat sistemlərinin rəsmi siyahısında messencer tərəfindən dəstəklənən iOS 9 və daha yeni versiyalar mövcuddur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/ikt/348950.html