"Çelsi"ni 12 oyundur məğlub etmək olmur

 06:16 09.03.2021     63

Futbol üzrə İngiltərə çempionatının 27-ci turunda “Çelsi” “Everton”u qəbul edib.

Publika.az-ın məlumatına görə, qarşılaşma “Stemford Bric” stadionunda baş tutub.

Birinci hissədə yeganə qolu “Everton”un müdafiəçisi Ben Qodfri öz qapılarına vurub. Oyunun 65-ci dəqiqəsində isə Jorjinyo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

55-ci dəqiqədə “Çelsi” üçüncü qolu rəqibin qapısından keçirsə də, VAR (videotəkrar – Red) sisteminin tətbiqindən sonra qol hesaba alınmayıb. Matç “Çelsi”nin vurduğu iki qolla yekunlaşıb.

Bununla da, “Çelsi” məğlubiyyətsiz oyunlar seriyasını 12-yə çatdırıb (9 qələbə və 3 heç-heçə).


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/348951.html