Ruhani: "Bu sözlər İranın zəfəridir və kiçik görünməməlidir"

 03:43 08.04.2021     45

"Nüvə müqaviləsinin canlandırılmasında yeni bir dövrə şahidlik edirik".

Publika.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Avstriyanın paytaxtı Viyanada martın 6-da Fransa, İngiltərə, Çin, Rusiya, Almaniya (4+1 ölkələri) və İranın yüksək rütbəli siyasətçilərinin qatıldığı toplantıya münasibət bildirərək deyib.

"Müqaviləyə bağlı ölkələr Vyanada toplandı. İclaslar İran ilə 4+1 və Amerika Birləşmiş Ştatları ilə 4+1 şəklində edildi. Hər necə olursa-olsun, nüvə müqaviləsinə əməl etməkdən başqa çarənin olmadığı göründü: tərəfdar ölkələr nüvə müqaviləsinin tam tətbiqi nəticəsinə gəldilər", - İran prezidenti vurğulayıb.

O deyib ki, ABŞ maksimum təzyiq siyasətinin uğursuz olduğunu və müzakirələrdən başqa bir yol olmadığını açıq şəkildə dilə gətirdi:

""Hazırsınızsa, ciddi müzakirə edə bilərik, deyilsinizsə, 4+1 ölkələriylə danışaq". Bu sözlər İranın zəfəridir və kiçik görünməməlidir. ABŞ nüvə müqaviləsinə qayıtdığı zaman İran da bütün öhdəliklərinə bağlı qalacaq".

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/352092.html