Gürcüstan Ukraynaya dəstək verməyə hazırlaşır

 06:46 08.04.2021     38

"Ukraynaya dəstək bəyanatı veriləcək".

Publika.az xəbər verir ki, bu barədə Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze deyib.

"Ukraynaya dair həmkarımla onlayn görüşüm oldu. Donbasdakı proseslərdən danışdıq. Gürcüstan və Ukraynanın beynəlxalq forumlarda atacağı birgə addımlardan söz açdıq. Ukraynaya dəstək göstərmək üçün nələr edə biləcəyimizi müzakirə etdik. Bu addımlar barədə razılığa gəldik. Yaxın gələcəkdə Ukraynanı dəstəkləyən bəyanat verəcəyik", - deyə o qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/352095.html