General: Onlar Rusiyanı çalxalaya bilməyəcəklər!

 08:15 08.04.2021     33

Ekstermistlərin icazəsiz aksiyalarla Rusiyada qeyri-sabitlik yaratmasına icazə verməyəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Rosqvardiya komandanı Viktor Zolotov deyib.

Onu sözlərinə görə, hüquqi dövlətlərdə olduğu kimi Rusiyada da kütləvi tədbirlərin təşkili və keçirilməsi qaydalarla tənzimlənir:

“Artıq bu cür aksiyalara şəxsi münasibətimi bildirməli idim. Burada əsas söz – “razılaşdırılmamış” sözüdür. Yəni qanunsuz... Bizim vəzifəmiz ekstermistlərin situasiyanı gərginləşdirməsinə icazə verməməkdən ibarətdir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550238.html