ABŞ yeni layihələrə 2,5 trilyon dollar yığmaq istəyir

 08:32 08.04.2021     24

ABŞ prezidenti Cozef Baydenin administrasiyası 15 il ərzində infrastruktur layihələrini maliyyələşdirmək üçün 2,5 trilyon dollar əlavə vergi yığılacağını gözləyir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bu barədə Amerika Maliyyə Nazirliyinin hesabatında deyilir.

Bildirilir ki, korporasiyaların gəlir vergisinin 21 faizdən 28 faizə qaldırılması təklif olunur. Bundan əlavə, xaricdə alınan mənfəət vergisinin artırılması və şirkətlərin investorlara hesabat verdiyi mənfəət vergisinin yeni minimumun tətbiqi planlaşdırılır.

Yeni vergi proqramı qüvvəyə minməsi üçün Konqres tərəfindən təsdiqlənməlidir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/937632.html