Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

 08:43 08.04.2021     32

Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub, 2 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Asif Məhərrəmov küçəsində baş verib.

"VAZ 2170" ("Lada Priora") markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman yol nişanının tələbini pozub və qəfildən qarşı yola çıxıb. Bu zaman "Lada Priora" Türkay Həsənovun idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza zamanı sürücü T.Həsənov və onun sərnişini, 1997-ci il təvəllüdlü İbrahimov Orxan Fəxrəddin oğlu müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerində Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, sürücü Türkay Həsənov "Big.az" saytının əməkdaşıdır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/937618.html