Rusiya Ukrayna sərhədində hərbi düşərgə yaradıb - Leviyev

Rusiya Silahlı Qüvvələri Ukrayna sərhədi yaxınlığında yeni səhra düşərgəsi yaradıb.
Axar.az xəbər verir ki, bunu “Conflict İntelligence Team” jurnalist araşdırmaları layihəsinin rəhbəri Ruslan Leviyev deyib.
Leviyevin sözlərinə görə, düşərgə 3-4 km uzunluqda ərazini əhatə edir və tamamilə hərbi texnika ilə doludur.
“Voronej yaxınlığında yerləşən düşərgə səhra mətbəxi, hospital və çadır şəhərciyi ilə təchiz olunub”, - Leviyev bildirib.
Jurnalist bildirib ki, düşərgənin varlığı barədə ora yaxın yaşayan sakinlərdən öyrənib.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550255.html