Lənkəranda reyd: Karantini pozanlar cərimələndi

 09:18 08.04.2021     42

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə növbəti reyd təşkil olunub.

Polis əməkdaşları bir daha sakinlər arasında profilaktik söhbətlər apararaq onları tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Qapalı və açıq məkanlarda, həmçinin ictimai nəqliyyatda, taksi xidməti göstərən nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Qapalı məkanlarda və ictimai nəqliyyatda sosial məsafənin gözlənilməsilə bağlı bir daha xəbərdarlıqlar edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/550259.html