Əməkdar artist koronavirusa yoluxdu - VƏZİYYƏTİ AĞIRDIR

 09:39 08.04.2021     43

Koronavirusa yoluxan Əməkdar artist Nahidə Orucovanın vəziyyəti ağırdır.

Publika.az xəbər verir ki, bu barədə “Elgizlə izlə” proqramında məlumat verilib. Qeyd olunub ki, tanınmış aktrisanın hərarəti yüksəkdir və özünü yaxşı hiss etmir.

Canlı efirə telefonla bağlanan N. Orucova isə ev şəraitində müalicə aldığını bildirib: “Evdən bayıra çıxmağa qorxurdum. Qorunmağıma baxmayaraq virusa yoluxdum. Özümü çox pis hiss edirəm, hərarətim var, sümüklərim çox ağrıyır. Elə bil ki, məni döyüb kənara atıblar. Hamı özünü qorusun, xəstəlik çox pis bir şeydir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/magazin1/352107.html