Litva: Ukraynanı NATO-ya qəbul etsək…

 09:51 08.04.2021     33

Litva NATO-dakı müttəfiqlərinə Ukraynanın alyansa üzv olması üçün üzvlük fəaliyyət planının təqdim edilməsini təklif edəcək.

Axar.az xəbər verir ki, bunu Litva xarici işlər naziri Qabrielius Landsberqis deyib. O bununla bağlı Baltikyanı ölkələrlə danışıqlara artıq başladıqlarını bildirib.

Nazir bu planın təqdim edilməsinin Rusiya üçün güclü siqnal olacağını bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550267.html