Türkiyədə turistləri daşıyan 2 avtobus aşdı - 1 ölü, 29 yaralı - FOTO

 13:39 10.04.2021     34

Türkiyədə güclü qar səbəbindən ağır qəza baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Konya-Aksaray yolunun iki fərqli nöqtəsində Rusiyadan olan 32 turisti daşıyan avtobus aşıb. Nəticədə, 43 yaşlı Yelena Avtaikına vəfat edib, 16 turist ağır yaralanıb.

Eyni yolda baş verən digər qəzada isə 36 turistdən 13-ü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/938519.html