Klopdan sosial şəbəkə tələbi - Qalmaqal

 14:26 10.04.2021     37

"Liverpul"un baş məşqçisi Yurgen Klopp sosial medianın mənfi cəhətlərindən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis insanların təhqirlərdən çox istifadə etdiyi üçün futbolçuları sosial şəbəkələrdən uzaqlaşmağa çağırıb:

"Sosial mediada hələ həll olunmayan bir problem var. İnsanlar bir hesabın arxasında gizlənərək, istədiklərini yaza bilərlər. Bu problem ən qısa müddətdə həll edilməlidir. Şəxsən mən çoxlarının məni qınadığı sosial şəbəkələrdən istifadə etmirəm. İnsanlara qulaq asmayın. Bu, futbolçulara məsləhətimdir. Ən yaxşı həll yollarından biri də sosial şəbəkələrin silinməsidir".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/938446.html