Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev

 14:32 10.04.2021     43

Azərbaycanı torpaqlarının azad edilməsi münasibətilə təbrik edirəm. Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.

"Çox şadıq ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik" - deyə, o vurğulayıb.

B.Amreyev əlavə edib ki, türkdilli dövlətlər, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/938541.html