Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır

 14:34 10.04.2021     36

Biz türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlayırıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.

O qeyd edib ki, türkdilli ölkələrin media qurumları arasındakı ələqələrin inkişafı etdirilməsi prioritet istiqamətlərdən biridir: "Biz Qarabağ müharibəsi dövründə gördük ki, türk mediası bu məsələnin işıqlandırılmasında fəal iştirak etdi. Biz bundan sonra da birgə səylər göstərməliyik".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/938542.html