Almaniya Rusiya peyvəndini almaq istəyir

 14:42 10.04.2021     43

Almaniya Rusiyanın "COVID-19"a qarşı hazırladığı "Sputnik V" peyvəndi üçün rəsmi Moskva ilə ikitərəfli danışıqlara başlayacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,bu barədə Almaniyanın səhiyyə naziri Jens Spahn KİV-ə açıqlamasında bildirib. O, bu barədə Avropa İttifaqına məlumat verdiklərini qeyd edib.

Spahn açıqlamasında peyvəndi müstəqil şəkildə alacaqlarını təsdiqləyib:

"Hər şeydən əvvəl, hansı miqdarda və nə vaxt alına biləcəyi barədə danışacağıq. "Sputnik V"yə 4-cü mərhələdə, ya da 2022-ci ildə ehtiyacımız ola bilər".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/938471.html