Rusiya Qarabağa ermənilər üçün yardım daşıyır

 14:47 10.04.2021     43

Rusiya sülhməramlıları keçmiş Əsgəran rayonuna humanitar yardım çatdırıblar.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Adyal, çarpayı, yataq dəsti, qaz plitəsi və digər məişət əşyalarından ibarət olan humanitar yardım hazırda Xocalı rayonunun inzibati ərazisinə daxil olan Pircamal kəndində məskunlaşdırılan 15 çoxuşaqlı ailəyə və bura yerləşdirilən “erməni qaçqınlara” verilib.

Həmçinin, onlara tibbi xidmət də göstərildiyi vurğulanıb.

Ötən həftə isə Rusiya sülhməramlıları yalnız Xankəndidə bir ton humanitar yardım paylayıb.

Xatırladaq ki, Pircamal 1992-ci ildə işğal olunub. Hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasındadır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550856.html