Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev

 15:01 10.04.2021     32

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük müharibədə qələbə qazandı və torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə həm də türk dünyasının qələbəsidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.

H.Hacıyev bildirib ki, işğaldan azad edilən Şuşa şəhəri daxil olmaqla, digər ərazilərimizdə maddi və mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılıb: "Hesab edirəm ki, bu həqiqətlərin daha geniş dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə səylərlə çalışmalıyıq".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/938547.html