Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun

 15:03 10.04.2021     36

Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu, eyni zamanda media sahəsində əlindən gələni etdi. Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycam arasında yaradılmış media platforması önəmli bir örnək təşkil edir: "Biz türkdilli dövlətlər bu plaftomanı genişləndirməli, daha da gücləndirməli və təhdidlərə qarşı birgə mübarizə aparmalıyıq".

F.Altun əlavə edib ki, bu gün dünyada olan təhdidlərdən biri də rəqəmsal faşizmdir: "Rəqəmsal faşizimlə mübarizə aparmaq olduqca vacibdir. Biz rəqəmsal faşizmlə mübarizə istiqamətdində lazımi addımları atmağa başladıq. Türkdilli ölkələr olaraq media platformasında səylərimizi birləşdirməli və rəqəmsal faşizmə qarşı da birgə mübarizə aparmalıyıq".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/938548.html