Qarabağda koronaya yoluxan ermənilərin sayı açıqlandı

 15:09 10.04.2021     34

Azərbaycanın Qarabağ bölgəsinnin müvəqqəti olaraq rus sülhməramlılarının nəzarəti altında olan hissəsində məskunlaşdırılan ermənilər arasında ötən gün daha 7 nəfərdə koronavirus aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Ötən gün ümumilikdə 80 test aparılıb. Hazırda xəstəxanada 28 nəfər müalicə edilir, yüngül xəstələr isə evlərindədir.

Ümumilikdə Qarabağdakı ermənilər arasında ötən il 2539, bu il isə 655 yoluxma aşkarlanıb.

Qeyd edək ki, Qarabağa rus sülhməramlılarının köçürüb yerləşdirdiyi ermənilərin sayı 52.700-dür.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550861.html