Erməni Rusiyada “bura bizim torpaqdır” dedi və… - Video

 15:15 10.04.2021     34

Kuzbasın mərkəzində (Rusiya Federasiyasının Kemerovo vilayəti – red.) iki polis əməkdaşının əhatəsində erməninin etdiyi gülünc hərəkətlər sosial şəbəkələrin hitinə çevrilib.

Axar.az xəbər verir ki, erməni əsilli Kuzbas sakini polis əməkdaşları ilə yaranmış mübahisənin gedişi zamanı qeyri-etik sözlərdən istifadə edib. Bununla yanaşı, o polislərə üz tutaraq “Siz məni “qədim erməni torpağında” saxlamısız” deyib:

"Burada nə axtarırsız? Burada nə gəzirsiz? Bu, erməni torpağıdır. Bütün bu ərazi bizə - ermənilərə məxsusdur", - deyə o bildirib.

Kuzbasdan olan erməninin bu sözləri Rusiyanın sosial şəbəkələrində hazırda ən çox müzakirə olunan mövzularından birinə çevrilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550867.html