Misir Türkiyə ilə danışıqları dayandırdı

 15:20 10.04.2021     31

Misir Türkiyə ilə münasibətlərin normallaşdırılması danışıqlarını müvəqqəti dayandırmaq qərarı qəbul edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Əl Ərəbiyə” televiziyası yayıb.

Məlumata görə, bu qərar Qahirə ilə Ankara arasında təhlükəsizliyin koordinasiyası danışıqlarına da aid ediləcək.

Danışıqların dayandırılmasına səbəb Misirin öz tələblərinin dərhal icra edilməsini, xüsusilə, Qərbi Liviyadan Türkiyə qoşunlarının çıxarılmasını, Misir liderini tənqid edən və İstanbulda yerləşən müxalif televiziyaların tənqidləri kəsməsini istəməsi olub.

İddiaya görə, Türkiyənin Ramazan ayının sonuna qədər müəyyən addımlar ata biləcəyini deməsi Misiri qane etməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550842.html