“Evləri köndələn yar 2” - Bəy ünvanı səhv saldı

 15:28 10.04.2021     36

İndoneziyada bəyin ünvanı səhv salması az qala qalmaqalla nəticələnəcəkdi.

Milli.Az lenta.ru-ya istinadən xəbər verir ki, səhvi "Maps" tətbiqi edib. Bəyi müşayiət edən qrup evi "Google"ni köməyi ilə tapmağa cəhd edib. Lakin servisdə səhv üzündən qonşu qəsəbəyə gedib çıxıblar.

Təsadüfən orada da toy olub və bəy də gecikib. Qonaqları yaxşı qəbul ediblər. Lakin söhbət zamanı gəlinin qohumlarından biri anlayıb ki, səhv olub. Və onlara yolu göstəriblər.

Kamran
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/938474.html