Minasyan Sərkisyandan imtina etdi

 15:31 10.04.2021     35

Əgər seçkidə iştirak etmək qərarı versəm, yalnız öz komandamla seçkiyə gedəcəyəm.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı eks-səfiri Mikayıl Minasyan deyib. O, seçkidə heç bir siyasi qüvvəni dəstəkləməyəcəyini bildirib:

“Ermənistanda siyasət zamanı keçib. Səmimi olmaq vaxtı yetişib. Əgər mən seçkidə iştirak etsəm, ancaq öz tərəfdarlarımla qatılacağam”.

O, qayınatası Serj Sərkisyanın seçkidə iştirak etməyəcəyini, üstəlik Robert Köçəryanın seçkidə qalib gəlməsini istədiyini deyib.

Bununla belə Minasyan onların komandasına qatılmayacağını bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550834.html