Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır

 16:01 10.04.2021     44

Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri Asadjin Xocayev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında deyib.

Onun sözlərinə görə, ölkənin ən yaxşı mütəxəssisləri yaxın zamanlarda azad edilmiş ərazilərin infrastrukturunun bərpasına və inkişafına kömək göstərəcək: "Özbəkistan tərəfi türkdilli ölkələrlə əməkdaşlıqda maraqlıdır və bunu bütün istiqamətlərdə inkişaf etdirməyə hazırdır".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/938556.html