Türkiyədən Misirlə bağlı növbəti həmlə...

 20:15 10.04.2021     45

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Misir Nümayəndələr Palatasının spikeri Hənəfi Əli əl-Cəbailə Suhac şəhərində meydana gələn qatar qəzası ilə bağlı başsağlığı ünvanlayıb.

Axar.az xəbər verir ki, M.Şəntop qatar qəzasında ölən və yaralıların olmasına görə dərindən kədərləndiyini bildirib.

“Qəzada vəfat edənlərə Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara da şəfa diləyirəm”, - başsağlığında vurğulanıb.

Qeyd edək ki, Türkiyə mediası bu mesajın iki ölkə arasındakı münasibətlərin normallaşması üçün Ankaranın növbəti addımı kimi qiymətləndirir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550915.html