Mingəçevirdə motosiklet dirəyə çırpılıb, sürücü ölüb

 20:18 10.04.2021     46

Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "Dəli Kür" restoranının yaxınlığında qeydə alınıb.

İdarəetmədən çıxan motosiklet yol kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsini idarə edən, 1975-ci il təvəllüdlü Nehmətov Arif Səməndər oğlu aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/938596.html