Crew Dragon avtopilot sistemindən uğurla istifadə edib

 20:20 10.04.2021     44

NASA agentliyi SpaceX-in kosmik aparatının tam avtonom rejimdə BKS (Beynəlxalq Kosmik Stansiya) modulları arasında yerdəyişməsini sərgiləyən videonu təqdim edib. Crew Dragon aparatının müstəqil hərəkəti insanların iştirakı olmadan onun naviqasiya sisteminin nəyə qadir olduğunu göstərib. Beləliklə Crew Dragon aparatı SpaceX Crew-2 kosmik gəmisi üçün yer ayırmaq səbəbilə BKS-in Harmony adlı modulunun qabaq hissəsindən ayrılıb. Qeyd etmək lazımdır ki, 23 aprel tarixində NASA astronavtları SpaceX-Crew 2 vasitəsilə BKS-ə yollanacaqlar. Crew Dragon-un bir moduldan ayrılaraq digər modula birləşməsi prosesi 45 dəqiqə çəkib. Bütün prosesin avtonom rejimdə reallaşdırılmasına baxmayaraq kosmik aparatın daxilində 4 nəfər astronavt olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/937826.html