ABŞ-dan yerli peyvəndlə bağlı açıqlama

 20:24 10.04.2021     48

ABŞ Qida və Dərman İdarəsi (FDA) koronavirusa qarşı "Johnson&Johnson" peyvəndi ilə tromb yaranması arasında əlaqə görmür.

"Hazırda peyvəndlərlə trombozun əlaqəsini tapmadıq və bu halları araşdırmağa və qiymətləndirməyə davam edirik", - deyə FDA-dan bildirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, araşdırmalar üçün lazım olan məlumatlar Avropa Dərman Agentliyinə (EMA) təqdim edilib.

"Johnson&Johnson" şirkətindən də vaksinasiya ilə tromboz arasında heç bir əlaqə olmadığı bildirilib.

Xatırladaq ki, ABŞ-da "Johnson&Johnson" dərman şirkətinin iki kütləvi peyvənd mərkəzi vaksinasiya olunmuş vətəndaşlarda müəyyən edilən mənfi reaksiyalar səbəbi ilə müvəqqəti bağlanıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/938599.html