Avropa çempionatı: Taekvondoçumuz finalda!

 20:37 10.04.2021     56

Böyüklər arasında taekvondo üzrə Avropa çempionatında idmançımız finala vəsiqə qazanıb.

Axar.az xəbər verir ki, təmsilçimiz Milad Beigi Hərçəqani (80 kq) ilk görüşdə İsraildən olan idmançı Oleksandr Filippovanı, daha sonra Almaniya taekvondoçusu Tahir Güleci məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda ispaniyalı Raul Martinesi məğlub edən idmançımız finala çıxıb.

Komandamız turnirdə 11 idmançı ilə təmsil olunur. Yarışa aprelin 11-də yekun vurulacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/550923.html