Şahzadə Filipin dəfn mərasiminin tarixi elan edilib

 20:51 10.04.2021     55

Edinburq Hersoqu, Şahzadə Filipin dəfn tarixi aprelin 17-ə təyin edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Bukinhem sarayı məlumat yayıb.

Mərasim qapalı olacaq, ictimaiyyət nümayəndələri dəfnə buraxılmayacaq.

Bildirilir ki, Böyük Britaniyada milli matəm Şahzadə Philipin dəfn mərasiminə qədər, kral ailəsinin matəmi isə iki həftə davam edəcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/938603.html