Restoranda maska çıxarmaq olar, açıq havada yox? - Həkim

 21:00 10.04.2021     51

Sosial şəbəkədə “Nəfəs alaq” (#nəfəsalaq) həştəqi ilə başladılan kampaniyanın məqsədi, məntiqi əsası var.

Bunu Axar.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

O bildirib ki, bu gün qapalı məkanlara iaşə obyektlərinə insanlar sərbəst daxil olur, əyləşir, deyir, gülür və əksər hallada maskasız olur:

“Lakin çölə çıxanda yenidən maska taxır. Bu, tamam absurd bir vəziyyət yaradır. Əgər maska taxmaq məcburidirsə, bu hər yerdə belə olmalıdır. Bu zaman açıq havada da maska taxmaq məcburiyyəti yaranacaq. Yoxsa qapalı məkanlarda maskanı çıxarıb, açıq havada taxılması təbii olaraq belə bir narazılığı yaradacaq.
Qeyd edim ki, qapalı məkanda virusa yoluxmaq riski daha çoxdur, nəinki açıq havada. Hesab edirəm ki, Operativ Qərargah növbəti brifinqlərində bu məsələri korreksiya etməlidir. İnsanların etirazları da bu baxımdan məntiqli görünür”.

Professor qarşıdan gələn Ramazan ayı ilə bağlı insanları diqqəti olmağa çağırıb:

“O insanların ki, yanaşı xəstəlikləri var, risk qruplarına aiddir, onların oruc tutması məsləhət deyil. Sağlam insanların oruc tutmasında isə heç bir problem yoxdur. Ənənəvi olaraq Ramazan ayında keçirilən kütləvi iftar mərasimləri də bu il keçirilməməlidir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/550918.html