GMC Terrain modelini yeniləyib - FOTO

 21:01 10.04.2021     55

GMC şirkəti Terrain krossoverinin yenilənmiş versiyasını təqdim edib. Modelin eksteryer dizaynı yenilənmiş, interyerin tərtibatı dəyişdirilmiş və artıq markanın bütün digər modellərinin də təchiz olunduğu AT4 ofroud paketi əlavə edilmişdir.

İlkin olaraq, GMC şirkəti krossoverin yenilənmiş versiyasını keçən il təqdim etməyi planlaşdırırdı, lakin pandemiya şirkəti planlarını dəyişdirməyə məcbur edib. İstehsalçı təqdimatı 2021-ci ilin yazına qədər təxirə salmağa qərar verib, çünki yenilənmiş krossoverin üzərindəki çalışmalar müvəqqəti olaraq dayandırılmışdı.

Milli.Az autograph.az-a istinadən bildirir ki, 2022-ci model ilinin krossoveri başqa radiator barmaqlığını və ön fənərləri, habelə fərqli bamperi əldə edib. Təchizat səviyyələri siyahısında qara kuzov elementləri və 19-düymlük təkər diskləri olan yeni Elevation tərtibat dəsti peyda olub.

Ən vacib yenilənmə isə AT4 ofroud paketinin istifadəyə verilməsidir - Terrain krossoveri belə ofroud paketi olmayan son GMC modeli idi. AT4 dəstinin tərkibinə plastik müdafiə elementləri, qara eksteryer elementləri, qara 17-düymlük təkər diskləri və 225/65 ölçülü Goodyear Wrangler şinləri daxildir.

Yenilənmədən sonra, baza versiyasından başlayaraq bütün modifikasiyalar zolaqda saxlama köməkçisi, avtomatik uzaq işıqları və piyadaları aşkarlama funksiyasına malik olan avtomatik əyləcləmə sistemini özündə birləşdirən GMC Pro Safety təhlükəsizlik sistemləri kompleksi ilə təchiz edilir.

Modelin mühərrik çeşidi də yenidən nəzərdən keçirilib və mühərriklərin sayı birə endirilib - 256 at qüvvəli 2,0-litrlik turbomühərriki ixtisara salınıb. İndi, yenilənmiş krossover 173 at qüvvəli 1,5-litrlik mühərrik və doqquz pilləli "avtomat" ilə təchiz edilir. Ötürmə - ön və ya arxa oxda muftası olan tam ötürmə sistemidir.

Yenilənmədən əvvəlki GMC Terrain krossoveri ABŞ-da 25 min dollardan başlayan qiymətlərlə satılırdı. Yenilənmiş krossoverlər bir qədər bahalaşacaqdırlar. Şimali Amerika bazarından kənarda GMC markası təmsil olunmayıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/936001.html