2024-cü ilədək Çində bitkoin mayninqi nəhəng karbon tullantıları yaradacaq

 21:10 10.04.2021     55

Sinxua Universiteti və Çin Elmlər Akademiyasının alimləri tərəfindən kriptovalyuta mayninqinin karbon tullantılarına təsiri haqqında keçirirlmiş araşdırma nəticəsində məlum olub ki, 2024-cü ilədək Çində bitkoinlərin mayninqi illik 130 milyon ton həcmində karbon tullantılarının yaranmasına səbəb olacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, alimlər simulyasiya modelləşdirməsinin köməyi ilə Çində bitkoinlərin mayninqi vaxtı tullantıların axınını araşdırıblar. Müəlliflər aşkar ediblər ki, Çində maynerlər tərəfindən illik enerji istehlakı 2024-cü ildə 296,59 TVt/saat, karbon qazı tullantılarının həcmi isə 130,5 milyon metr ton təşkil edəcək.

Alimlərin məlumatına görə, 2020-ci ilin aprelinə olan vəziyyətə görə, qlobal blokçeyn əməliyyatlarının 78,89%-i Çinin payına düşüb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/937822.html