Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır

 21:17 10.04.2021     54

Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Latviyanın Azərbaycandakı səfirinin müşaviri Viya Buşa deyib.

O bildirib ki, COVID-19 pandemiyasına baxmayaraq azərbaycanlı tələbələrin Latviyanın ali tədris müəssisələrində təhsilə marağı artmaqda davam edib:

"2020/21-ci tədris ilində Latviyada 169 azərbaycanlı tələbə təhsil alır. 2019/20-ci ildə bu rəqəm 169-a, 2018/19-cu ildə 144-ə bərabər idi".

2020/21-ci tədris ilində Latviya Azərbaycandan tələbə və tədqiqatçılara tədris üçün 9, beynəlxalq yay məktəblərində iştirak üçün 8 təqaüd təqdim edib:

"Latviya Azərbaycanla əməkdaşlığın inkişafında, xüsusilə də ali təhsil və tədqiqatlar sahəsində, o cümlədən tələbə və akademik heyətin, informasiya və təcrübə mübadiləsi, birgə layihələrin inkişafı üzrə əməkdaşlıqda maraqlıdır"

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/938605.html