Clubhouse-da Payments adlı servis işə salınıb

 21:20 10.04.2021     62

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan edib. Sözügedən servis istifadəçilərin sevdikləri moderator və spikerlərə pul vəsaitlərinin köçürülməsi (donate) imkanını yaradır.  İlkin mərhələdə Payments servisi test rejimində bir sıra istifadəçilər üçün aktiv olacaq. Bu barədə Techcrunch saytı xəbər verib.

Hələ bir neçə müddət bundan öncə Clubhouse-un həmtəsisçisi Paul Davison bildirmişdi ki, o, istifadəçilərin öz kontentlərini reklamlar vasitəsilə deyil, birbaşa monetizasiyasını reallaşdırmaq istəyir. Məlumatda qeyd edilib ki, bu yeni funksiya tədricən digər istifadəçilər üçün də aktiv olacaq. Clubhouse istifadəçisi sevdiyi spiker və ya moderatorun istifadəçi hesabına daxil olmaqla ona pul vəsaiti göndərə biləcək.

Əgər pul vəsaitini əldə edəcək şəxsin hesabında sözügedən funksiya aktivdirsə pul vəsaitini göndərən şəxs sadəcə olaraq bu funksiyanı yerinə yetirən düyməyə klik edərək göndərmək istədiyi vəsaiti qeyd edəcək. Clubhouse təmsilçiləri bildiriblər ki, onlar bu cür pul köçürmələrindən faiz tutmayacaqlar. "Göndərilən vəsaitin 100%-i qəbul edəcək şəxsə çatacaq. Kiçik faiz sadəcə olaraq ödənişi reallaşdıracaq Stripe servisi tərəfindən tutulacaq" - deyə təmsilçilər qeyd edblər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/937827.html