Çində yeni koronavirus peyvəndi hazırlandı

 21:13 10.04.2021     56

Çin səlahiyyətliləri milli dərman şirkəti “Sinopharm” tərəfindən klinik sınaqlar üçün hazırlanan üçüncü koronavirus peyvəndini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə “Weibo” sosial media səhifəsində yayımlanan rəsmi açıqlamada deyilir:

“Bu, koronavirus sünbül zülalının elementlərini ehtiva edən rekombinant vaksindir”.

Açıqlamaya görə, yeni dərman “bədənin immunitet müdafiəsini stimullaşdıran xüsusiyyətlərə malikdir”.

Rəsmi məlumatlara görə, Çində koronavirusa qarşı daha beş dərman hazırlanır.

Qeyd edək ki, bundan əvvəl Çinin “Sinovac” şirkəti “CoronaVac”, “Sinopharm” şirkəti “BBIBP-CorV” peyvəndi hazırlayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/abs/352401.html