Ərdoğandan Krım açıqlaması: Prinsipial qərarımız..

 21:26 10.04.2021     60

Türkiyə olaraq Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini güclü şəkildə müdafiə edirik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Krımın ilhaqını tanımamaq barədə prinsipial qərarımızı bir daha təsdiqlədik:

“Ukraynanın beynəlxalq ictimaiyyəti Krım mövzusunda bir araya gətirmək üçün təşəbbüs göstərdiyi “Krım Platforması”nı dəstəklədiyimizi bildirdik”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550932.html