“Apple” rəhbəri yaxın 10 ildə istefa verəcək

 21:40 10.04.2021     56

2011-ci ildən "Apple" şirkətinin baş direktoru vəzifəsini tutan Tim Kuk yaxın on ildə istefaya getməyi planlaşdırır. Bu barədə şirkət rəhbəri "The New York Times" nəşrinə müsahibədə bildirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, lakin T.Kuk müsahibədə onu əvəzləyəvək şəxsin adını açıqlamayıb və şirkəti tərk etdikdən sonra nə ilə məşğul olacağı ilə bağlı sualı cavabsız qoyub.

T.Kuk karyerasına 12 il çalışdığı "IBM" şirkətində başlayıb. Sonra menecer "Compaq" şirkətinin satış və tədarük üzrə vitse-prezidenti təyin edilib. O, "Apple" şirkətinə 1998-ci ildə qoşulub. T.Kuk 2007-ci ildə baş əməliyyat direktoru, 2011-ci ildə isə Stiv Cobsun uzun sürən xəstəliyi səbəbindən istefadan sonra şirkətin rəhbəri təyin olunub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/937832.html