Bu, Fələstində parçalanmanın qarşısını alacaq - Rusiya

 21:49 10.04.2021     54

Fələstində seçkilərin keçirilməsi birbaşa Fələstin-İsrail danışıqlarının bərpası üçün vacib şərtlərdəndir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.

Açıqlamada seçkilərin fələstinlilər arasındakı parçalanmanın da qarşısını alacağı vurğulanıb.

Qeyd edək ki, Fələstində 15 ildən sonra ilk dəfə seçkilərin keçirilməsi üçün qərar qəbul edilib. Ölkə Prezidenti Mahmud Abbasın fərmanına əsasən, parlament seçkiləri mayın 22-də, prezident seçkiləri isə iyulun 31-də keçiriləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550927.html