“Google”un onlayn konfransının keçirilmə tarixi məlum olub

 21:55 10.04.2021     55

"Google" şirkəti tərtibatçılar üçün "Google I/O" konfransının keçirilmə tarixini açıqlayıb. Bu konfransda ənənəvi olaraq yeni məhsullar, "Android"in funksiyaları, qurğular və şirkətin qarşıdakı illər üçün ümumi inkişaf istiqaməti müəyyənləşdirilir. Tədbir mayın 18-dən 20-dək tamamilə onlayn formatda keçiriləcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ötənilki "Google I/O" konfransı koronovirus pandemiyasına görə ləğv edilmişdi. 2021-ci ildə konfrnas ilk dəfə virtual formatda və ödənişsiz keçiriləcək.

"Google I/O" konfransı çərçivəsində tərtibatçılar üçün öyrədici seminarlar keçirilir, yeni texnologiyalar, funksiyalar, bəzən qurğular elan edilir. Məsələn, 2019-ci ildə keçirilmiş konfransda "Pixel 3A" smartfonu və "Nest Hub Max" "ağıllı" displeyi təqdim edilmişdi.

Bu il "Google I/O" konfransında "Android 12" mobil əməliyyat sisteminə böyük diqqət ayrılacağı gözlənilir. KİV-də yayılmış məlumatlara görə, ƏS-nin görünüşü uzun illər ərzində ilk dəfə olaraq xeyli dəyişdiriləcək, həmçinin bloklama ekranı və digər interfeys elementlərinə dəyişikliklər ediləcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/937843.html