Donbasda atəşkəsin əldə olunması... - Ərdoğan

 22:00 10.04.2021     61

ATƏT-in Ukrayna üzrə Xüsusi Müşahidə Missiyası Donbasda atəşkəsin əldə olunması ilə bağlı fəaliyyətini davam etdirməlidir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, missiyanın fəaliyyətini hər hansı bir maneə olmadan yerinə yetirməsi bizim üçün vacibdir:

“Zəruri şəraitin yaradılması və müşahidəçilərin həyat təhlükəsizliyinin təmin edilməsi problemin sülh yolu ilə həlli üçün əhəmiyyətlidir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550936.html