“Donbas və Krımdakı hadisələri Türkiyə ilə bölüşdüm” - Zelenski

 22:12 10.04.2021     66

"İkitərəfli dialoqumuzun sözdə deyil, həqiqətdə də keçərli olduöunu görürəm".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, Kiyev və Ankaranın reaksiya məsələsində mövqeyi eynidir:

"Bu gün keçici olaraq işğal edilən Donbas və Krımdakı hadisələri
Türkiyə ilə bölüşdüm. Türkiyənin suverenliyimizin yenidən təsis edilməsi məsələsindəki dəstəyi vacibdir.

Ticarət həcminin artması, sərbəst ticarət sazişinin imzalanması olduqca mühümdür. Müdafiə sənayesi Türkiyə ilə strateji əməkdaşlığımızın təkanverici gücüdür".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/938609.html