Mənfi və Dibeybə Türkiyəyə gedir

 22:20 10.04.2021     55

Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Mənfi sabah Türkiyəyə gedəcək.

Axar.az xəbər verir ki, bu barədə o, Türkiyənin ölkəsindəki səfiri Kənan Yılmazla görüşdə deyib.

Mənfi bildirib ki, 2 gün davam edəcək səfər zamanı Türkiyə və Liviya arasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün müzakirələr aparılacaq.

Qeyd edək ki, Liviya Baş naziri Əbdülhəmid Dibeybənin də Türkiyəyə gedəcəyi vurğulanır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550930.html