iOS-də olan əsas məhdudiyyətlərdən birinin SƏBƏBİ

 22:20 10.04.2021     56

The New York Times ilə baş tutmuş böyük müsahibə çərçivəsində Apple şirkətinin CEO-su Tim Cook elektriklə çalışan nəqliyyatlardan, artırılmış rellıq texnologiyalarından və s. mövzulardan danışıb. Müsahibə zamanı həmçinin hansı səbəbə görə iOS-də kənar tətbiqlər mağazasının olmaması məsələsinə də toxunulub. Epic Games ilə baş verən məhkəmə proseslərini müzakirə edən zaman Tim Cook tətbiqlərin nəyə görə yalnız App Store-dan yükləmənin mümkün olduğuna aydınlıq gətirib.

Onun sözlərinə əsasən bunun səbəbi çox sadədir. Belə ki, məsələ istifadəçilərin təhlükəsizliklərində və konfidensiallıqlarındadır. Tim Cook qeyd edib ki, kənar tətbiqlər mağazasının platformada mövcud olması halında Apple şirkəti iPhone və iPad modellərinə quraşdırılan tətbiqlərin yüksək keyfiyyətlərinə və təhlükəsizliklərinə zəmanət verməkdə çətinlik çəkərdi.

"Biz gün ərzində 100.000 tətbiqi nəzərdən keçirdirik. Onlardan 40.000-i App Store platformasında yerləşdirilmir. Onların əksəriyyəti platformada yerləşdirilmir ona görə ki, onlar ya ümumiyyətlə çalışmırlar ya da lazımi səviyyədə çalışa bilmirlər. Siz təsəvvür edirsiniz ki, bu nəzarət prosesinin olmadığı halda App Store hansı vəziyyətdə olar?" - deyə Tim Cook qeyd edib. Tim Cook-un bu cür bəyanatlarına baxmayaraq qeyd etmək lazımdır ki, App Store-da zərərli proqram təminatlarına rast gəlmək mümkündür. Belə ki, hələ dünən verdiyimiz xəbərdə qeyd edilmişdi ki, istifadəçilərdən biri App Store-da olmuş saxta tətbiqdən istifadə edərək özünün 600.000$ dəyərində olmuş bitcoinlərini itirib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/937828.html