Yerləşdirilmiş minaların sayı kifayətdir ki... - Trofimçuk

 22:31 10.04.2021     57

BMT Qarabağın ərazisinin minalardan təmizlənməsi probleminin həllində yer almalıdır.

Axar.az xəbər verir ki, bunu Trend-ə rusiyalı politoloq Qriqori Trofimçuk Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır:

"Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan tərəfindən yerləşdirilmiş minaların sayı kifayətdir ki, onlarla dinc sakin həlak olsun".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/550937.html