Ərdoğandan KRIM AÇIQLAMASI: "Ukrayna haqlıdır..."

 22:31 10.04.2021     54

"Qara dənizin sülh, sabitlik və əməkdaşlığı gücləndirəcək dəniz olması əsas hədəfimizdir".

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə təkbətək və heyətlərarası görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, Ukraynanın dünya ictimaiyyətinin diqqətini Krım mövzusuna çəkməkdə haqlıdır.

Ukraynanın Donbas və Krımla bağlı problemlərinə toxunan Türkiyə lideri bildirib ki, mövcud böhranın bu ölkənin vahidliyi, beynəlxalq hüquq normaları və diplomatik üsullar çərçivəsində həll edilməsinin zəruriliyinə inanır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/352406.html