İtirilmiş azı dişləri bərpa edilə bilər

 22:45 10.04.2021     60

İtirilmiş dişlərin əvəzinə yeni azı dişlərin bərpasına kömək edə biləcək genetik mexanizm tapılıb. Bu barədə Kioto Universiteti və Yaponiyanın Fukui Universitetinin alimləri elmi Sayns Advanses (Science Advances) jurnalında dərc olunan məqalədə danışıb. Alimlər bildirdiyi kimi "USAG-1" geninə qarşı tətbiq edilən anticisimlər, doğulandan aqenezdən (dişlərin tam və ya qismən olmaması) əziyyət çəkən siçanlarda diş böyüməsini stimullaşdırdığını izah edib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, müxtəlif anticisimlərin "USAG-1"ə təsiri, siçanlarda aşağı doğulma və sağ qalma göstəriciləri ilə qeyd edilib. Ancaq anticisimlərdən biri, "BMP" (sümük morfoqenetik zülalı) geni ilə qarşılıqlı təsirini pozub və bu, tam bir dişin zərər vermədən böyüməsini mümkün edib. Alimlərin sözlərinə görə, tədqiqatın nəticələri, hal-hazırda yalnız implantlarla həll olunan diş itkisi probleminin həlli üçün terapevtik əsas yaradır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/937818.html